Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.
BAKU.WS xəbər verir ki, nekroloqda deyilir:
"Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.
Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Zöhrə Abdulla qızı Abdullayeva 28 may 2021-ci il tarixində vəfat edib.
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub.
Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər
İlham Əliyev Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS xəbər verir ki, nekroloq mətnində deyilir: "Azərbaycan mədəniyyə...