Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb

10
avq
2020
16:24
Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.
BAKU.WS-in Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.
Həmçinin A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
“Bazar və yeməkxana mədəniyyəti…” - Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu
“Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var. İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərə...
