Mədəniyyət naziri: "Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.
Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.
Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur.
Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə ifadə edib.
Oxşar xəbərlər
Azərbaycan filmləri birinci “Korkut Ata” Film Festivalında geniş təmsil olunub - FOTO
Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub....