Mədəniyyət naziri ABŞ-a rəsmi səfərə getdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfərə yollanıb.
BAKU.WS Mədəniyyət Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Anar Kərimov səfərin ilk günü Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb.
Kitabxana ilə yaxından tanış olmaq məqsədilə gəzinti baş tutduqdan sonra bir sıra görüşlər keçirilib. Eləcə də zəngin və rəngarəng Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən bir sıra kitablar Konqres Kitabxanasının Afrika və Orta Şərq ölkələri bölməsinin rəhbəri Lanisa Kiçinerə hədiyyə olunub.
Həmçinin nümayəndə heyətinə kitabxananın Azərbaycan tarixi və mədəniyyəti güşəsi barədə ətraflı məlumat verilib. Burada ölkəmizlə bağlı gerçəkləşən araşdırmalar barədə informasiya təqdim olunub.
Təqdimatlar üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirən A.Kərimov bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, proqram üzrə bu qəbildən olan görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Mədəniyyəti gecəsi çərçivəsində caz konsert də baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
Bakının nadir fotolarını çəkmiş Pol Nadarın sərgisi açılıb - FOTO
Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılış mərasimi keçirilib. BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xə...