Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
Bakıda braziliyalı rəssam Nina Pandolfonun “Minnətdarlıq” (“Gratitude”) adlı fərdi sərgisi açılıb.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Mərkəzində start götürən sərgidə fərqli incəsənət nümunələri nümayiş olunur. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov pandemiyadan sonra mərkəzdə belə sərginin təşkilinin əhəmiyyətli olduğunu bildirib. O, belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb.
Sərginin mövzusu ilə bağlı danışan braziliyalı rəssam Nina Pandolfo Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və sərginin təşkil edən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Nina Pandolfo daha çox əsərlərini təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyir.
Qalereya
Oxşar xəbərlər
Bakının nadir fotolarını çəkmiş Pol Nadarın sərgisi açılıb - FOTO
Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılış mərasimi keçirilib. BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xə...