"Layihələrin hamısını tapşırmışdılar" - Orxan Mərdan gizli iclaslardan, qalmaqallardan danışdı
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı prodüser Orxan Mərdan olub.
O, verilişdə kino sahəsində formalaşmış yanlış yanaşmalardan söz açıb:
"Dövlətin kinoya pul ayırmasına öyrəşmiş bir ərköyün nəsil var. Onlar bizim korifey sənətkarlarımızdır. Bu şəxslər üçün dövlətin kinoya pul ayırmaması faciəli səslənir".
Prodüser adıçəkilən sektora dair islahat təklifini də açıqlayıb:
"Məncə, pul olmasın. Dövlət maliyyə ayırmasa, köhnə nəslin gənclər üzərindəki təsiri azalacaq. Onların "biz sizdən çox bilirik" fikri öz aktuallığını itirəcək".
Orxan Mərdan həmçinin kino sahəsində mövcud problemlərdən bəhs edib:
"Əvvəllər bu sferada müəyyən sistem var idi. Hazırda isə problem daha çox kino sahəsində çalışan şəxslərlə bağlıdır. Kino Agentliyinin Seçim Komissiyasının üzvü olaraq deyə bilərəm ki, bu il müsabiqəyə müraciət edən 96 nəfərin hamısı layihəsini tapşırtdırmışdı. Lakin digər üzvlərlə birlikdə yalnız 24 müraciəti seçdik. Mən isə bu cür hallara sərt reaksiya göstərdim və həmin şəxsləri açıq şəkildə tənqid etdim".
Oxşar xəbərlər
Bakıda 100 ildən çox yaşı olan binada beş milyonluq xəzinə qorunur
Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1939-cu il...