İçərişəhərdə Zeytun Festivalı keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
çərişəhərdə 31 oktyabr – 2 noyabr tarixlərində Zeytun Festivalı keçiriləcək.
"İçərişəhər" dövlət qoruğundan verilən məlumata əsasən, tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
"Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenəri, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar", - məlumatda deyilir.
Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...