Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.
BAKU.WS Özbəkistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya "Özbəkistan Respublikasının Xalq artisti" adı verilib.
Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.
Oxşar xəbərlər
Xalq yazıçısı Elçin Əfəndiyevin ad günüdür
Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyevin 79 yaşı tamam olur. Elçin Əfəndi...