Füzulidəki Hacı Ələkbər məscidi işğaldan sonra yararsız hala düşüb

Füzulidəki Hacı Ələkbər məscidi işğaldan sonra yararsız hala düşüb
Mədəniyyət 100

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.

Mədəniyyət Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” sözləri yazılmışdır.

Kitabədə məscidin tikilmə tarixi də - hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər