Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi Xalq artisti Fəxrəddin Manafov bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb.
BAKU.WS xəbər verir ki, “moderator.az” aktyorun həmkarı, “Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb.
Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:
“Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir? Yaxşıdırmı? Fəxrəddini görsəniz, mənim adımdan keçmiş olsun deyərsiniz. Bir xəbər olsa, mənə də bildirin”, - deyə aktrisa söyləyib.
Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.
Oxşar xəbərlər
Prezident Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədən...