"Fərhadın heykəli" gələn il ucaldılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin mətbuat xidmətinin rəhbəri Leyla Sərabi məlumat verib.
Qeyd olunub ki, Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək.
Əsərin bərpası ilə Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir.
Layihənin baş kuratoru Əməkdar rəssam, elmlər doktoru Rəşad Mehdiyevdir.
Heykəlin gələn il ucaldılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...