Xalq artisti Fatma Mahmudova insult keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Fatma Mahmudova hazırda reanimasiyadadır.
Bunu "Report"a açıqlamasında aktrisanın qızı deyib.
Onun sözlərinə görə, F.Mahmudova xəstəxanaya bu gün yerləşdirilib.
"İnsult keçirib. Həkimlər nəzarət edir".
Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu "Teatr kollektivi rejissoru" ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.
F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
***20:34
Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
BAKU.WS Axşam.az-a istinadən məlumat verir ki, o, bu gün "İstanbul NS" klinikasına çatdırılıb və hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F. Mahmudova daha əvvəl də beyin insultu keçirdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...