Evini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var
Göygöl rayonunun Mollacəlilli kənd sakini Fəxri Hüseynov uzun illərdir ki, Azərbaycan xalçalarının nadir nümunələrini toplayır. Kolleksionerin evində hazırda yüzlərlə xalça və minlərlə qədim eksponat var.
Azərbaycanın xalçaçılıq nümunələrinin təxminən 70 %-ni bir araya gətirməyi bacaran Fəxri Hüseynov Baku TV-yə bildirib ki, bu istiqamətdə axtarışlarını hələ də davam etdirir.
"Bu sənətə marağı mənə babam aşılayıb, xalçaçılığın sirlərini ondan öyrənmişəm. Altı yaşımdan etibarən xalçaların üzərindəki işarələri öyrənməyə başladım.
Hazırda kolleksiyamda respublikamızın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif türklər yaşayan ərazilərindən gətirilmiş eksponatlar var. Buna baxmayaraq, axtarışlarım hələ də bitməyib.
Məsələn, Qarabağ xalçaçılıq məktəbinin bir-iki növü hələ ki kolleksiyamda yoxdur. Qazax xalçalarının bəzi nümunələrini də axtarıram. Əsas məqsədim hər bir xalça çeşidindən azı bir nümunənin kolleksiyamda yer almasıdır", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...