“Eurovision-2020”nin rəsmi sloqanı açıqlandı - VİDEO
26
okt
2019
09:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn il Niderlandın Rotterdam şəhərində baş tutacaq “Eurovision” mahnı müsabiqəsinin rəsmi sloqanı açıqlanıb.BAKU.WS xəbər verir ki, müsabiqənin rəsmi Yutub kanalında yerləşdirilən videoda ilk dəfə “Eurovision-2020”nin sloqanı - “Open Up!” (“Açıl!”) səsləndirilib.“Open Up!” şüarı məqsədli şəkildə natamam səslənir: bir-birimizə açılaq. Musiqiyə açıl. Rotterdama açıl. Seçəcəyiniz hər şeyə açıq olun - şüarı özünüzəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin”, - “Eurovoision TV” müsabiqənin icraçı prodüseri Sits Bakkerin sözlərini sitat gətirir. Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın “Rotterdam Ahoy” arenasında keçiriləcək.
Oxşar xəbərlər
Çingiz “Eurovision 2019”da bu çıxışı ilə finala vəsiqə qazandı - VİDEO
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.BAKU.WS xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən iki...