"Eurovision-2020” koronavirusa görə təxirə salınıb

"Eurovision-2020” mahnı müsabiqəsi koronavirusa görə təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı "Eurovision-2020”nin rəsmi “Facebook” hesabında məlumat verilib.
Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, martın 17-də "Eurovision"un “Twitter” hesabı məlumat vermişdi ki, yarışın təşkilatçıları dünyada daim dəyişən vəziyyəti izləyir və tezliklə daha geniş məlumat yayacaq:
"Anlayırıq ki, hazırda “Eurovision”un taleyi ilə bağlı xəbər tapmaq istəyirsiniz.
Xahiş edirik ki, bizimlə qalın. Ümid edirik ki, tezliklə daha çox məlumat alacaqsınız".
“Eurovision-2020” müsabiqəsi 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcəkdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi təmsil edəcəkdi.
Oxşar xəbərlər
"Eurovision 2020" mahnı müsabiqəsi təxirə salınacaq
"Eurovision 2020" beynəlxalq musiqi yarışması koronavirus pandemiyasına görə təxirə salınacaq. BAKU.WS xəbər verir ki, bu barədə İsrailin "Kan" adlı Yayım Korpo...
