Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun söyləyib.
O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək:
“Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.
Oxşar xəbərlər
“Bazar və yeməkxana mədəniyyəti…” - Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu
“Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var. İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərə...