Əhməd Cavadın yurd yeri, Mehrili kəndi - REPORTAJ/ FOTO

Əhməd Cavadın yurd yeri, Mehrili kəndi - REPORTAJ/ FOTO
Foto
Mədəniyyət 223

Dahi şairimiz Əhməd Cavadın Şəmkir rayonun Mehrili kəndindəki ata evi sıx meşələrin, mənzələri dağların, bol sulu çayların əhatəsindədir.

Yol boyu bizi bu kəndin unikal təbiəti heyran edir. Nəhayət şairin ata evinə Mehrili kəndinə çatırıq. Kənd sakini Sabir Əliyevlə söhbətləşirik. Sabir kişinin babası Əhməd Cavadın dövründə yaşayıb və onunla bağlı xatirələrini çox bölüşüb. Müsahibimiz deyir ki, bu məkan Əhməd Cavadın yurd yeridir. Şair o dövrün tanınan din xadimlərindən olan Axund Məhəmədəlinin, eləcədə Yaxşı adlı qadının oğlu olub. Əhməd Cavad 1892-ci il də məhz bu həyətdə dünyaya gəlib.

“Bura Əhməd Cavadın yurd yeridir. Zamanla tikililər dağılıb. Amma bura Əhməd Cavadın yurd yeridir, bu kənddə anadan olub. Atası vaxtsız köçəndən sonra Əhməd Cavad 8 yaşında anası ilə birlikdə qohumlarının yanına Seyfəli kəndinə köçür”.

Keçməkeçli həyat yolunda bir çox çətinliklərlə üzləşən Əhməd Cavad sonradan Gəncədə təhsil alır. Təhsilini davam etdirmək üçün Türkiyəyə yollanır, orada evlənir və nəhayət yenidən Azərbaycana qayıdır. Bir müddət Gəncədə daha sonra Qubada işləyir. Türkiyədən qayıdanda Əhməd Cavad artıq tanınan şairlərdən biri olur. Ancaq tez-tez doğulduğu Mehrli kəndinə gəlir, vaxtı ilə böyüdüyü insanlarla ünsiyyətini heç vaxt kəsmir.

“Babam deyirdi ki, çox səliqəli geyimli şəkildə gələrdi. Hətta bir dəfə dostlarından biri olan Qoca adlı şəxsə sən niyə belə yaşlaşmısan deyir. O zamanlar doğurdan da çətin idi. Lakin Əhməd Cavad çox zaman bu kəndə gəlib tanıdıqları ilə hal əhval edib”.

Represiya illərində Əhməd Cavadın ata yurdu boş qalır. Bu gün dağıntıları xatırladan bu tikili isə Əhməd Cavadın ata yurdunun üzrəində 50-ci illərin əvvələrində sovet höküməti dövründə Qəmbər adlı şəxsə verilir.

Hazırda gördüyünüz ev məhz Qəmbər adlı şəxs tərəfindən tikilib. Ümumiyyətlə Mehrili kəndi ilə Əhməd Cavadın əlaqələri sıx olub. Kəndin bir çox uşaqları məhz Əhmədin Cavadın şəxsi vəsaiti hesabına təhsil alıb. Hansı ki o insanlar sonradan Azərbaycanda bir sıra məhsul vəzifələrdə çalışıb.

“Əhməd Cavad kəndin bir çox uşaqlarını öz hesabına oxutdurub. Şairin şəxsi vəsaiti hesabına təhsil alanlar sırasında o zamankı sovet Azərbaycanında regional prokuror işləyən Tağıyev Həbib olub. Paşa müəllim, Qasım müəllim var idi bu bölgədə tanınan fizika müəllimlərindən olub. Bir sözlə kəndin çox uşağı Əhməd Cavadın istəyi və vəsaiti ilə təhsil ala bilib”.

BAKU.WS olaraq Şəmkir rayon İcra Hakimiyyətindən dahi şairin baxımsız ata yurdu ilə bağlı açıqlama almaq istəsək də heç kim məsələyə münasibət bildirmədi. Rayon İcra Aparatına olan çoxsaylı zənglərimiz isə cavabsız qaldı. Mədəniyyət Nazirliyinin Şəmkir Regional İdarəsindən bildirildi ki, Əhməd Cavadın evi ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur.

Son xəbərlər