Eşq yuvası savaş meydanına çevrildi: "35 milyon dollarımı ver!"
Hollivudun keçmiş cütlüyü Bred Pittlə Ancelina Coli arasındakı gərginlik yenidən alovlanıb.
BAKU.WS xəbər verir ki, bu dəfə eks həyat yoldaşı Coliyə qarşı məhkəmə iddiası qaldıraraq ondan 35 milyon dollar təzminat tələb edib.
O bu dəfə "35 milyon dollarımı ver!" - deyərək, Coliyə qarşı sərt çıxış edib.
Bred iddia edib ki, Ancelina cütlüyə aid "Miraval Sarayı"nda ortaq şərab zavodundakı hissəsini onunla razılaşdırmadan üçüncü tərəfə satıb.
Ancelina isə haqqında irəli sürülən iddiaları təkzib edib. O da Bredi məhkəməyə verib.
Dekabrın 17-də keçmiş cütlük hakim qarşısına çıxacaq.
Xatırladaq ki, "Miraval Sarayı" bir zamanlar Ancelina ilə Bredin eşq yuvası olub. Onlar bu evdə toy edib və uzun illər övladları ilə bu malikanədə yaşayıblar.
Qalereya
Oxşar xəbərlər
Xalq artistindən ETİRAF: "Üç otaq geyimlərim var"
Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəm olub BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" verilişinə qonaq olan sənətçi efir zamanı 10 il əvvələ aid kostyum ge...