DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir
Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsi üzrə 68 nömrəli (musiqi sənəti istiqaməti) proqram üzrə qabiliyyət imtahanı təşkil olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqram üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat "Abituriyent" jurnalının 2026-cı il üçün nəşr olunmuş xüsusi buraxılışlarında yer alıb.
Qalereya
Oxşar xəbərlər
Bu gün dahi sənətkar Müslüm Maqomayevin doğum günüdür
Bu gün unudulmaz sənətkar Müslüm Maqomayevin doğum günüdür. Onun anadan olmasından 84 il ötür. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda d...