Bu gün Xalq artisti Yalçın Rzazadənin doğum günüdür
Bu gün Xalq artisti Yalçın Rzazadənin doğum günüdür.
BAKU.WS xatırladır ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub.
Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun ötən əsrin 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
Yalçın Rzazadə 1979-cu ildə "Əməkdar artist", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.
Yalçın Rzazadə bir çox görkəmli bəstəkarlarımızın mahnılarının ilk və mahir ifaçısı olub.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri idi.
Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.
Oxşar xəbərlər
Bu gün Beynəlxalq Kino Günüdür
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafed...