Bu gün Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Elə həmin ildən etibarən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başlayıb.
Eyni zamanda 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Xəyyam Mirzəzadənin yaradıcılığı instrumental və vokal musiqini, simfonik və kamera janrlarını əhatə edir.
Dramatik tamaşalara və kinofilmlərə musiqilər bəstələyib.
Bir çox kamera əsərlərinin və sonataların müəllifidir. Bəstəkar “Ağlar və qaralar” baletini 2000-ci ildə ərsəyə gətirib.
Xalq artisti 1963-cü ildə “Oçerklər-63” simfonik poemasını, 1967-ci ildə isə “Muğan çöllərində” süitasını yazıb.
Xəyyam Mirzəzadə 2000-ci ildə “Şöhrət” ordeni, 2010-cu ildə isə “Şərəf” ordeni ilə təltif edilib.
Xalq artisti 2018-ci ilin iyulun 30-da uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Əməkdar incəsənət xadimi ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.
Bəstəkar Bakıda İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...