Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir
Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir.
BAKU.WS xəbər verir ki, festivala Beynəlxalq Xalça Forumu ilə start verilib. Forumda xalça sənayesinin aparıcı mütəxəssisləri, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gəliblər. Onlar qədim xalçaçılıq sənətinin incəlikləri və xalça sənayesinin inkişafına dair mövzuları müzakirə edirlər.
2-4 may tarixlərini əhatə edəcək festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçirilir.
Beynəlxalq Xalça Festivalının əsas məqsədi Azərbaycanın xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Festival 3-4 may tarixlərində İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlarda xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlər təşkil ediləcək.
Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcəklər.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası" sərgisinin açılışı olub
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz dağları arasında təxəyyül dünyası" (The Imaginary World between the Andes and...