Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bir qrup sakin binanın qarşısına toplaşıb.
Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.
Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Xatırladaq ki, "Odda - İki bacı" filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib.
Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...