Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub.
BAKU.WS xəbər verir ki, ordeni Vəziroğluna Mədəniyyət naziri Adil Kərimli təqdim edib.
Bu barədə Baba Vəziroğlu sosial şəbəkə hesabında qeyd edib.
Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb.
Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkilib.
Xatırladaq ki, Baba Vəziroğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
Elbay Qasımzadəyə 2-ci dərəcəli "Əmək" ordeni təqdim olunub - FOTO
Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. Bu barədə...