Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Azərbaycanın Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.
Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - "Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxmışdı. Amma ermənilərin UNESCO-da apardıqları çirkin kampaniya nəticəsiz qalıb.
Oxşar xəbərlər
Şuşa və Azıx mağarasının UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil ediləcək?
“Şuşanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır. Bu proses 1-2 il vaxt apara bilər”. BAKU.WS “Report”a istinadən xəbər veri...
