Azərbaycanlı gənclərin Batumidə “Musiqili Gecə” adlı konsertdə çıxış ediblər - FOTO

Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində məşhur gürcü bəstəkar və pianoçu Giuli Kublaşvilinin bəstələrindən ibarət “Musiqili Gecə” adlı konsert keçirilib.
Azərbaycanın Batumidəki Baş konsulluğundan verilən məlumata görə, konsert proqramında Gürcüstanın müxtəlif regionlarından gənc musiqiçilər və müğənnilər, o cümlədən, Azərbaycan diaspor təşkilatının gənc üzvləri çıxış ediblər.
Azərbaycanlı gənclərin bu tədbirdə iştirakının əsas məqsədi Azərbaycan-Gürcüstan mədəni əlaqələrin inkişafına xidmət və Azərbaycan musiqisinin və rəqslərinin təbliğ etməkdir. Musiqiçilərin ifa etdikləri mahnı və rəqslər alqışlarlarla qarşılanıb. Onların çıxışları zamanı səhnədə Azərbaycan və Gürcüstan bayraqları nümayiş olunub.
Konsertin təşkilat qrupu maddi dəstəyə görə Baş Konsulluğa minnətdarlıq edib, bu addımı Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına dəstək kimi qiymətləndiriblər.

Oxşar xəbərlər
İncəsənət xadimləri Şuşada - FOTO
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib. Bülbülün ev-muzeyinin həyəti...
