Azərbaycanlı aktyor səhər saatlarında vəfat edib - FOTO

Azərbaycanlı aktyor səhər saatlarında vəfat edib - FOTO
Foto
Mədəniyyət 1766
Bakılı aktyor Aleksey Saprıkin vəfat edib.BAKU.WS xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru bu gün səhər saatlarında həyatla vidalaşıb. 65 yaşlı aktyor uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Oktyabrın 1-də vəziyyəti ağırlaşan A.Saprıkin reanimasiyaya yerləşdirilmişdi.Sənət yoldaşları onu Lyoşa deyə çağırırdı. Onun yoxluğu ilə barışmayan dostları öz kədərlərini sosial şəbəkədə izhar ediblər. Aleksey Alekseyeviç Saprıkin (Aleksey Şaprıkin / Aleksey Saprıgin) 18.08.1955 tarixində Bakıda anadan olub. Bakı Kamera Teatrında (1991-1992), “Qarabağ Absürd Teatrı”nda (1992-1996), Gənc Tamaşaçılar Teatrında (2002-2008) çalışıb. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. O, həmçinin kino aktyoru idi. Onlarla Azərbaycan filminə çəkilən A.Saprıkin xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev/Rusiya) filmində Toporov obrazını canlandırıb.Teatrda son dövrdə səhnəyə qoyulan “Peterburq işçisi”, “Və yağış yağır və içini tökür”, “Sənətkarın taleyi”, “Qürur və qərəz”, “Payız sonatası”, “Meme” tamaşalarında rol alıb.
Azərbaycanlı aktyor səhər saatlarında vəfat edib - FOTO
Zülfiyyə Qurbanova
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat edib

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat edib

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, 41 yaşlı aktyor onkol...

697 Hadisə 11:22 25 sentyabr 2019

Son xəbərlər