Azərbaycanlı aktyor vəfat etdi - FOTO
                            
                                21
                                avq
                            
                                2019
                                17:56
                            
                            
                        Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov vəfat edib.BAKU.WS xəbər verir ki, 60 yaşlı aktyor iki gün əvvəl beyin insultu keçirmişdi.Dərhal xəstəxanaya yerləşdirilən aktyora həkimlər 72 saat vaxt qoymuşdu. Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb. Allah rəhmət etsin!Zülfiyyə Qurbanova      
                    
                    
                    
                    
                    
                    
                    Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı aktyorun vəziyyəti ağırdır - Həkimlər 72 saat vaxt qoyub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, beyin in...