Yaratdığı hər bir rol onu əbədiyaşar edib - VİDEO
10
may
2019
14:06
Azərbaycan incəsənəti bizə bir çox tanınmışlar bəxş edib ki, biz indidə onların gördüyü işləri sevərək və böyük rəğbətlə izləyirik. Fuad Əhmədov da bu aktyorlardan biri idi və yaratdığı hər bir rol onu bu gün əbədiyaşar edib. O, 1988-ci ildə və 1996-cı illərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə “Tənqid-Təbliq” teatrında aktyor kimi fəaliyyət göstərib.1996- cı ildən yenidən Musiqili Komediya Teatrına qayıdaraq ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərib. Fuad Əhmədovun bu günədək maraqla izlənilən bir çox film və tamaşaları var.Onlardan "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"-da məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslan və bir çox tamaşalarda müxtəlif obrazlar yaradıb. Eyni zamanda "Yük", "Qəzəlxan", "Şirbalanın Sonuncu Məhəbbəti " və bir çox bədii filmlərdə müxtəlif obrazlar yaradıb. O, 10 may 2004-cü ildə vəfat edib.
Oxşar xəbərlər
"Ulduz" kinosunun Naziki - aktrisa Məleykə Ağazadə ÖLDÜ (VİDEO)
“Doktor dedi ki, yalnız Nazik ona dərmandır” ifadəsi ilə dillər əzbəri olan, səhnəmizin Naziləsi – aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında haqq dünyası...