Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
03
fev
2026
17:49
Mədəniyyət naziri Adil Kərimli Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Adil Kərimli Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Nazir, həmçinin dövlət tərəfindən mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə bu il Azərbaycanda yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.
Qalereya
Oxşar xəbərlər
Bu gün dahi sənətkar Müslüm Maqomayevin doğum günüdür
Bu gün unudulmaz sənətkar Müslüm Maqomayevin doğum günüdür. Onun anadan olmasından 84 il ötür. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda d...