Azərbaycanın tanınmış aktyoru vəfat edib - FOTO

Azərbaycanın tanınmış aktyoru vəfat edib - FOTO
Mədəniyyət 3491

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a aktyorun yaxınları məlumat veriblər.

Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyə başlayıb.

Azərbaycanın tanınmış aktyoru vəfat edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər