Azərbaycanda Rusiya ilə bağlı BÜTÜN mədəni tədbirlər LƏĞV EDİLDİ

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bu gün Yaqub Zurufçunun anım günüdür
Bu gün Əməkdar artist Yaqub Zurufçunun anım günüdür. Onun vəfatından 4 il ötür. BAKU.WS xəbər verir ki, tanınmış musiqiçi Yaqub Zurufçu 1956-cı ilin aprelin 8-d...
