Azərbaycanda Qafqaz Albaniyası turizm marşrutu hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Turizm Agentliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Qafqaz Albaniyası marşrutu hazırlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Agentliyin sədr müavini Azadə Hüseynova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, marşrut Qafqaz Albaniyasına aid məbədlərin olduğunu istiqamətləri əhatə edir.
Bundan başqa, turizm rəsmisi deyib ki, Agentlik süni intellektin imkanlarından yararlanmağa çalışır, hədəf bazarlarda rəqəmsal marketinq işləri aparır: "Bu gün artıq rəqəmsal dövrdür. Bu cür alətlərdən istifadə eləməklə ölkənin hədəf bazarlarda təqdimatı aparılacaq".
A.Hüseynova həmçinin deyib ki, Qax rayonunun Sarıbaş və İlisu kəndləri ilə bağlı "Turistik kənd" layihəsi icra olunur: "Bu ildən orada infrastruktur işlərinə başlanılıb. Bundan əvvəl layihə Şahdağın yanında - Qusar rayonunun Ləzə kəndində həyata keçirilib. Növbəti işimiz Qaxdadır. Artıq həmin kəndlərdə infrastruktur işlərinə başlanılıb, aidiyyəti qurumlara müraciət olunub ki, kəndlərə yol çəkilsin".
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...