Azərbaycan xalçaçılığının görkəmli nümayəndəsi Kamil Əliyevin EV-MUZEYİ

Azərbaycan xalçaçılığının görkəmli nümayəndəsi Kamil Əliyevin EV-MUZEYİ
Fotoreportaj
Mədəniyyət 35

Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə qədim xalçaçılıq sənətinin qorunması və inkişafına mühüm töhfələr vermiş sənətkarlardan biridir. Xəqani küçəsi, 18 ünvanında yerləşən ev-muzeyi rəssamın vəfatından 17 il sonra fəaliyyətə başlayıb. Onun yaradıcılıq diapazonuna çoxsaylı portretlər, zəngin ornamental xalçalar, zərgərlik məmulatları, saysız-hesabsız eskizlər, yüzlərlə məqalə, həmçinin dünyada xalçalar haqqında çəkilmiş onlarla sənədli film və kitablar daxildir.

Bir vaxtlar xalq rəssamının yaşadığı və yaradıcılıq fəaliyyəti göstərdiyi ev xüsusi işıqlandırma ilə təchiz edilmiş üç böyük zaldan ibarətdir. Muzeyin ekspozisiyasında 24 ornamental xalça, ədəbiyyat və incəsənət xadimlərinə həsr olunmuş yeddi portret xalça, 23 suluboya xalça eskizi təqdim olunur.

Ev-muzeyində eksponatlarla yanaşı, Kamil Əliyevin şəxsi əşyaları, arxiv fotoşəkilləri və İkinci Dünya müharibəsində aldığı medallar da yer alır. Həmçinin onun həyat və yaradıcılıq irsini əks etdirən kitablar nümayiş olunur.

Rəssamın zərgərlik sənətinə aid, xüsusi zərifliklə hazırlanmış fil sümüyü və gümüş işləməli güzgüsü sərgilənir. Xüsusi diqqət çəkən eksponatlardan biri də Türkiyənin keçmiş prezidenti Turqut Özalın ona hədiyyə etdiyi naxışlarla bəzədilmiş vazadır.

PhotoStock.az Kamil Əliyevin ev-muzeyindən hazırladığı fotoreportajı təqdim edir:

Oxşar xəbərlər

Son xəbərlər