Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.
Bu barədə BAKU.WS-ə İTV-dən məlumat verilib.
Bildirilib ki, gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər.
Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur.
Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil - onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər.
Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanı "Avroviziya-2023"də onlar təmsil edəcəklər
Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək iştirakçılar bəlli olub. BAKU.WS xəbər verir ki, ölkəmizi beynəlxaq yarışda Tural və...