AVCİYA-nın yeni nəşri çapdan çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Qələbə - 75 (məqalələr toplusu)” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından olan növbəti nəşridir.
Bu barədə BAKU.WS-ə “1905.az kitabı” seriyasının tərtibçisi və elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev məlumat verib.
O deyib ki, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan kitab AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə çap edilib.
Yeni nəşrdə tanınmış Azərbaycan tarixçilərinin və gənc tədqiqatçıların əsərləri toplanıb.
Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı və xalqımızın faşizm üzərində qazanılmış qələbəyə verdiyi töhfələr tarix üzrə elmlər doktorları Sevinc Əliyeva və Məhərrəm Zülfüqarlının, tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyevin, Rövşən Hətəmovun, Nigar Axundovanın, Günay Hüseynin, gənc tədqiqatçılardan Şəfa Mövsümovun, Ruslan Ağamalıyevin və Sahibə Musayevanın məqalələrində araşdırılıb.
Kitabda həmçinin “1905.az” Diskussiya Klubunda baş tutmuş üç söhbətin yazısı da yer alıb.
Oxşar xəbərlər
İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev xalq artisti Rauf Yusuf oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın mədə...