SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova ATV telekanalında yayımlanan “Şou ATV” səhər verilişində qonaq olub.

BAKU.WS xəbər verir ki, Brilliant Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovdan xatirələrini danışıb.

“Prezident İlham Əliyev mərhum Rafael Dadaşovu çox sevindirmişdi. “Şöhrət” ordenini yubileylərdə verirlər. Onun yubileyinə hələ bir il qalmışdı.

Söyləyirdi ki, kostyum geyinib “Şöhrət” ordenini yaxama taxmağı arzu edirəm. Çünki onun anası Sofiya xanım da “Şöhrət” ordeni almışdı”, - deyə Brilliant Dadaşova bildirib.

Rafael Dadaşovun zadəgan ailədən olduğunu bildirən Brilliant xanım qeyd edib ki, bu, onun xarakterində də özünü əks etdirib.

“Rafael Dadaşov heç vaxt özünü sındırmırdı. Dərdini danışmazdı.

Bir müddət əvvəl Afaq Bəşirqızı da Cənab Prezidentlə görüşəndə Rafael Dadaşova deməmişdilər.

Onu həmin siyahıya salmamışdılar. Rafael Dadaşov bundan çox kədərlənmişdi”.

BAKU.WS
VİDEO