SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkəmizi “Eurovision-2020” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndinin ifa edəcəyi mahnı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, "İnfe Azerbaijan" səhifəsinin iddiasına görə, İctimai Televiziya “Scars” və “Cleopatra” arasında seçim edərək Avropa səhnəsində səsləndiriləcək bəstə barədə qərara gəlib. Belə ki, Samirə Niderlandda keçiriləcək yarışmada “Cleopatra” ilə çıxış edəcək. Artıq bəstəyə klip də çəkilib.

Mahnı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, hər iki mahnının demo versiyası internetdə yayılıb.

BAKU.WS
VİDEO