SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədrinin yeni müavini təyin olunub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Rafiq Həşimovun onun yerinə müavin təyin olunduğu bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.

Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist və rejissordur.

Xatırladaq ki, 2019-cu il yanvarın 15-dən tanınmış jurnalist Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin olunub. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televiziyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tolk-şouların sayı artırılıb.

BAKU.WS