SİZİN REKLAM BURADA!
055 213 76 73


17 yanvar 2020-ci il tarixində saat 19.00-da qədim tarixi məkan Şirvanşahlar Sarayı Kompleksinin “Taxt-tac” zalında tanınmış şair, publisist Nigar Həsənzadənin “Nigar” adlı poeziya gecəsi keçiriləcək.

BAKU.WS xəbər verir ki, Nigar Həsənzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Ədəbiyyat” layihəsinin yaradıcısı və direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gecədə onun "Üfüq üzərindəki qanadlar", "Gümüş", "Başqalarının buludları altında", "Biləklər" adlı müəllifi olduğu kitablardan eləcə də nəşr olunmamış əsərlərindən müəllifin öz ifasında şeirlər səsləndiriləcək.

Nigar Həsənzadə müəllif gecələrinin nadir qonaqlarındandır, Böyük Britaniya Kitabxanası tərəfindən İngiltərədə yaşayan ən yaxşı xarici şairlərdən biri kimi seçilmiş səsləri və şerləri dünyanın ən məşhur kitabxanasının səs arxivində saxlanılır.

Nigar illər əvvəl paytaxtın məşhur səhnələrində, o cümlədən beynəlxalq muğam mərkəzində, Maqomayev adına Dövlət Filarmoniyasında, S. Vurğun adına Rus Dram Teatrında, Rəşid Behbudov adına mahnı teatrında poeziya gecələri ilə tamaşaçıların qarşısına çıxmışdır.Şerlə yanaşı proqramda musiqiçilər, xoreoqrafik ansambllar, aktyorlar, video və səs qurğuları da nümayiş olunurdu. Bu gün isə bütün bunlar poetik axşamların əsl "trendi" sayılır oldu.

BAKU.WS
QALEREYA