Samirə Əfəndi Qazaxıstanda kubok aldı - VİDEO

18
iyn
2019
12:02
Müğənni Samirə Əfəndi Azərbaycanı Qazaxıstanda təmsil edib. BAKU.WS xəbər verir ki, o, iyunun 15-16-da Almatanın “Medeo” idman kompleksində təşkil olunan “Star of Asia” festivalına qatılıb. Nüfuzlu tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq qrımızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar.Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb. Həmyerlimiz ulduz qonaq kimi səhnədə hitə çevrilən “Tocame” mahnısını səsləndirib. Onu 10 nəfərdən ibarət “Ballet baqyt girls” rəqs qrupu müşayiət edib.Samirənin libaslarını Ayşən Təhmirazova hazırlayıb. Gecədə “Black Star” üzvü MOT, Dan Balan, Soqdiana, Outlandish və başqaları iştirak edib. Tədbirdə açılışı edən Samirəyə Almatanın rəmzi olan kubok təqdim olunub.Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
"Black Star Burger” sevərlər açılışa axın etdilər – Bakıda BİR İLK (FOTO-VİDEO)
Bu gün Bakıda dünyaca məşhur Black Star Burger şəbəkəsinin restoranı açılıb.BAKU.WS xəbər verir ki, paytaxtın mərkəzində - Bülbül prospektində yerləşən restoran...
