5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın tədbir iştirakçılarına xahişlərlə prezidenti və birinci xahima xahişlərlə müraciət etməməyi tövsiyə etməsi birmənalı qarşılanmayıb.

Görüşdə iştirak edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Xanlarovanın bu sözlərinə etiraz edib:

"Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır".

Qeyd edək ki, Züynəb Xanlarova çıxışının sonunda hər kəsə səslənərək belə demişdir: "Yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən".

Zülfiyyə Qurbanova
BAKU.WS






Zeynəb Xanlarova: "Xahiş edirəm, xahişlərinizi saxlayın" - VİDEO
Prezident və birinci xanım mədəniyyət xadimləri ilə görüşdü - VİDEO+FOTO (YENİLƏNİB)
Prezidentdən Tahir İmanova: "Sizə qoyulan qadağa götürülməlidir"! - VİDEO
"Maaşlarımız azdır" - Afaq Bəşirqızı prezidentə şikayət etdi (VİDEO)
İlham Əliyev: Hacı Zeynalabdin Tağıyev mənim babama dəstək olub – VİDEO