30 il əvvəl çəkilən "YUXU" FİLMİ İLƏ BAĞLI BİLİNMƏYƏN MARAQLI FAKTLAR - VİDEO

1993-cü ildə çəkilən “Yuxu” flmi ilə bağlı bəzi maraqlı məlumatlar ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə İTV-yə açıqlamasında bildirib.
Belə ki, 30 il əvvəl ekranlara gələn filmdə Bəhram Bağırzadəyə baş rolu canlandırmaq təklif edilib. Lakin onun xarici görünüşü bu obraza uyğun olmadığı üçün onun yerinə 16 yaşlı İlham Qasımov çəkilib. İlhamı baş rola çəkmək üçün elə Bəhram Bağırzadə özü tapıb.
Ekran işində “Əliabbas” rolunu canlandıran İlhamın tərəf müqabili Xalq artisti Ayan Mirqasımova olur. Filmin digər aktyor Qorxmaz Əlilicanzadə isə azyaşlı uşaq obrazına həyat verən “Bədəl”in ağlama səhnəsindən danışıb. O “Bədəl”i ağlasın deyə onu möhkəm silkələyib və bu da kadrda təbii alınıb. Filmdə Əliabbasın yaxın dostu olan “Bədəl” obrazını mərhum azərbaycanlı xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov canlandırıb. Həmin vaxt onun 10 yaşı olub. Bəhram Bağırzadə “Yuxu” filmindəki toydan da danışıb.
Tamaşaçının adi toy zənn etdiyi səhnə əslində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyətində qurulub. Film üçün ona həqiqi toy görüntüsü verilib.
Qeyd edək ki, “Yuxu” bir-birini iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır... Və istədiyinə nail olur. Ekran işində mərhum Xalq artistləri Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimi məşhur simalar da rol alıblar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
