SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) anım günüdür.

Rafiq Hüseyn oğlu Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində doğulub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib.

Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub.

O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, Qurd qapısı qəbiristanlığında dəfn edilib.

BAKU.WS
QALEREYA