SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 118 il ötür.

BAKU.WS xəbər verir ki, “Vaqif” və “İki sevgi” dramları, “Aygün”, “ Zəncinin arzuları”, “Muğan” kimi poemaları ilə Azərbaycan ədəbiyyatına böyük töhvələr verən Səməd Yusif oğlu Vəkilov 1906-cı ilin məhs bu günündə, martın 21-də Qazax rayonun Yuxarı Salahlı kəndində bəy nəslində doğulub.

Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi var.İlk təhsilini rus-tatar məktəbində alan Səmədin anası, o 6 yaşında olarkən dünyasını dəyişir. Şairə ana nənəsi baxır.

1918-ci ildə Qazaxda müəllimlər seminariyası açılır. Səməd və qardaşı Mehdixan seminariyaya daxil olurlar.Seminariyanı bitirdikdən sonra Səməd bir çox ədiblərin əsərləni tərcümə etməyə başlayır. Zaman keçdikdə bütün varlığı ilə ədəbiyyata, poeziyaya bağlanan Səməd özünə Vurğun təxəllüsünü götürür. “Şairin andı”, “Könül dəftəri”, “Şeirlər” adlı kitabları işıq üzü görür.

Şair təkcə 1935-ci ildə yeddi poema və 100-ə yaxın şeir yazır.

37-ci ilin ikinci yarısında isə, o özünün ölməz əsəri “Vaqif” dramını yazır. “Vaqif” dramında Moll Pənah Vaqifin həyat yolu, yaradıcılığı yer alır. Və hətta şair bu əsərinə görə “Stalin” mükafatı ilə təltif edilir.

1953-cü ildə isə “Aygün” poeması işıq üzü görür. Bu əsərə görə, şairi tənqid edirlər. Daha sonra isə “Şairin hüquqları” məqaləsi tənqid hədəfinə tuş gəlir. Şairə qarşı təzyiqlər artır. Onun şəhərdən çıxmasına da qadağa qoyulur.

Lakin elə həmin il Səməd Vurğun Elmlər Akademiyasında vitse prezident təyin edilir.Şair 1955-ci ildə Vytenama gedərkən xəstələnir, səfərini yarım saxlayıb, müalicəyə başlasa da, faydası olmur.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.

Şair 1956-cı il mayın 27-də vəfat edir.

Səməd Vurğun özündən sonra təkcə əsərlərini qoyub getmir. Onun övladları Vaqid Səmədoğlu, Yusif Səmədoğlu və qızı Aybəniz Vəkilova da Azərbaycan ədəbiyyatına böyük töhfələr veriblər.

O cümlədən:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!" - şeirinin misralarında Səməd Vurğun nəfəsi hiss edilir.

BAKU.WS