VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xalq artisti Canəli Əkbərovun anım günüdür. 

BAKU.WS xəbər verir ki, Əkbərov Canəli Xanəli oğlu 1940-cı ilin martın 10-da Lənkəranın Tükəvilə kəndində doğulub. O, muğamı atasından öyrənib. Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. Xalq artisti 1963-1964-cü illərdə Seyid Şuşinskinin, 1969-1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb. Bunlara Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") daxildir.

Canəli Əkbərov Almaniya, Mali, Avstriya kimi ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Xalq artistinin ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb. O, muğam müəllimi kimi gənc xanəndələr yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

Xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Canəli Əkbərov 2021-ci ilin oktyabrın 22-də 81 yaşında vəfat edib. O, ölümündən iki il əvvəl beyin insultu keçirmişdi. Canəli Əkbərov Fəxri Xiyabanda torpağa tapşırılıb.

BAKU.WS