Şuşada keçiriləcək "Muğam" müsabiqəsinin qala-gecəsi təxirə salındı - FOTO

Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin qala-konserti baş tutacaqdı.
BAKU.WS xəbər verir ki, sözügedən musiqili proqram təxirə salınıb. Bu barədə Azərbaycan Teleradio Verilişləri QSC-nin rəsmi feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq VIII “Muğam” Televiziya Müsabiqəsinin qala-konserti başqa tarixə keçirilib.
Xatırladaq ki, qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunmuşdu. Musiqili proqramda bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxış etmələri gözlənilirdi.
2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparması idi.

Oxşar xəbərlər
İncəsənət xadimləri Şuşada - FOTO
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib. Bülbülün ev-muzeyinin həyəti...
