SİZİN REKLAM BURADA!
055 213 76 73


"Xalqını, sənətini çox sevirdi. Ölmək istəmirdi. Arzuları çox idi".

Bu sözləri Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli BAKU.WS-ə müsahibəsi zamanı deyib. O, göz yaşlarına boğularaq vəfat edən atasının kitab çap etdirmək istəməsindən danışıb:

"Kitab çıxarmaq istəyirdi. Amma buna nail ola bilmədi. Gözləyirdi ki, ayaqları sağalsın, sonra etdirsin. Koronavirus ona aman vermədi. 9 gün yanında qaldım.

Sonra ifarkt keçirərək reanimasiyaya yerləşdirildi. Daha sonra virusa yoluxdu. Onun müalicəsi davam etdiyi müddətdə mən də yoluxdum. Atama deyirdim ki, sağalıb buradan birlikdə çıxacağıq".

Qeyd edək ki, Xalq artistinin qızı Xədicə Əzizbəyli də bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

BAKU.WS