SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz UNESCO-dan obyektiv qiymətləndirmə görmədik".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, UNESCO məsələ ilə bağlı iki dəfə bəyanat verib: "Lakin bu bəyanatlar bizi qane etmədi. Çünki onların bəyanatları ermənilərin apardıqları mədəni terroru etiraf etmirdi. Təəssüflər olsun ki, UNESCO-dan bu 30 il ərzində Ermənistana qarşı bir çağırış görmədik və 44 günlük Vətən Müharibəsindən sonra UNESCO-dan bu cür qərəzli bəyanat eşitmək bizi təəssüfləndirdi. Ümid edirik ki, UNESCO öz səhvini başa düşəcək və gələcəkdə texniki missiya göndərmək niyyətində olacaqsa da, bu, yalnız bizim şərtlərimiz çərçivəsində baş verəcək. Ümid edirik ki, UNESCO qərəzli, ikili standartlardan vaz keçərək obyektiv davranacaq və işğaldan azad olunmuş bölgələrdə baş verənləri obyektiv şəkildə dünyaya təqdim edəcək".

BAKU.WS