Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov dünya şöhrətli tenor Plasido Dominqo ilə Bolşoy Teatrda eyni səhnəni bölüşüb.

O, bu barədə “Instagram” səhifəsində məlumat verib.

Ermənilər sosial şəbəkələrdə Y.Eyvazovun konsertinin baş tutmamasına cəhd ediblər. Amma bu, nəticə verməyib.

Azərbaycanlı tenorun konserti baş tutub. Böyük Teatrının tamaşaçıları səhnəyə çıxan sənətçimizi böyük rəğbətlə qarşılayıblar.

O, həmçinin, dünya şöhrətli tenor Plasido Dominqo ilə eyni səhnəni bölüşüb.

oxu.az
BAKU.WS
VİDEO